“Qafqazinfo” The Guardian-a istinadən xəbər verir ki, maraqlı hadisə Hindistanda baş verib. Elektrotexnik vəzifəsində çalışan A.K.Varma adlı işçi 1990-cu ilin dekabrında məzuniyyətə çıxıb. O, məzuniyyət vaxtının uzadılması ilə bağlı xahiş etsə də onun bu istəyi yerinə yetirilməyib. Bundan sonra həmin mühəndis işə gəlməkdən imtina edib.
1992-ci ildə aparılan araşdırma zamanı Varmanın işə uzun müddətdir ki, gəlmədiyi məlum olub. Amma işdən çıxarılması yalnız 22 ildən sonra reallaşdırılıb.
Buna səbəb Hindistandakı bürokratiya göstərilib.
Qeyd edək ki, 2012-ci ildə Asiyanın ən dəhşətli bürokratiya sistemi cədvəlinə Hindistan rəhbərlik edib.
Son xəbərlər
Son Xəbərlər