Meksikanın Qerrero ştatında son 24 saat ərzində öldürülənlərin sayı 12-yə çatıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlarda yeddisi kurort şəhəri olan Akapuloda güllələnib. Daha beş nəfər isə ştatın paytaxtı Çilpansinqoda qətlə yetirilib.
Qerrero Meksikanın ən təhlükəli ştatı sayılır. Burada silahlı qruplaşmalar ABŞ-a gizli yolla ötürülən narkotikə nəzarət üstündə bir-biriləri ilə mübarizə aparırlar.
Son xəbərlər
Son Xəbərlər