“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, rayonunun Yeni Sudur kənd sakini, 24 yaşlı Əliusmanov Roman Şükür oğlu müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub. Zərərçəkənə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
R.Əliusmanovu bıçaqlayan şəxsin tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər