24 yaşlı oğlu narkotikdən öldü

24-yasli-oglu-narkotikden-oldu
Oxunma sayı: 3733

90-cı illərdə ulduzu parıldayan dünyaca məşhur model Stefani Seymur oğlunu itirib.

“Qafqazinfo” xəbər verir ki, onun kinoprodüser Piter Brantdan dünyaya gələn oğlu Herri vəfat edib.

24 yaşlı gənc hədsiz dərəcədə narkotik maddə qəbul edərək komaya düşüb. Qısa müddət xəstəxanada müalicə olunan Herri dünyasını dəyişib.

Brant ailəsi KİV-ə açıqlamasında başsağlığı verən hər kəsə minnətdar olduqlarını, bundan sonra bir ömür boyu kədər içində olacaqlarını bildiriblər.

Qeyd edək ki, Stefani və Piter cütlüyünün Herridən əlavə iki övladı var. Bir müddət əvvəl Piter Brant ilk evliliyindən dünyaya gələn oğlunu da itirmişdi.