249 nəfər “sarı jiletli” saxlanılıb

249-nefer-sari-jiletli-saxlanilib
Oxunma sayı: 820

Parisdə 1 may nümayişləri zamanı 249 nəfər “sarı jiletli” tutulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tutulanlardan 148 nəfər polis nəzarətində saxlanılıb. Aksiya zamanı “sarı jiletlilər” hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və daş atıblar. Polis isə gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, “sarı jiletlilər”lə mübarizəyə 7400-dən çox polis işçisi cəlb olunub.