25-ci İBF Forumu Bakıda keçiriləcək

25-ci-ibf-forumu-bakida-kecirilecek
Oxunma sayı: 1404

25-ci İBF Forumu (İnternational Business Forum) bu il Bakıda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı iyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və İBF-in nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İBF arasında 25-ci İBF-in Forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF-in sədri Erol Yarar imzalayıblar.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İBF Forumunun ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur.