25 dərəcə isti olacaq

25-derece-isti-olacaq
Oxunma sayı: 1201


Gəcəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan  məlumata görə, havanın temperaturunun gecə 7-12, gündüz  20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti  meteohəssas insanlar üçün əlverişlidir.