25 minlik qızıl oğurladı, satıb xərclədi - Foto

25-minlik-qizil-ogurladi-satib-xercledi
Oxunma sayı: 1315

Cari ilin avqust-sentyabr ayları ərzində Qusar ərazisində 4 evdən ümumi dəyəri 25000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.