O, daha çox Coan Roulinqin romanlarının ekranlaşdırılmasında ifa etdiyi Harri Potter rolu sayəsində populyarlaşıb. Bu filmlərdə aktyor 10 il – 2011-ci ilədək, əfsanəvi epopeyanın səkkizinci, yekun seriyası ekrana çıxanadək çəkilib. 2007-ci ildə Redkliff “Ekvus” pyesində London və Nyu-York səhnələrinə çılpaq çıxıb. Dörd ildən sonra Brodveydə onun iştirakı ilə “Heç nə etmədən biznesdə necə uğur qazanmalı” adlı müzikl göstərilib. 2012-ci ildə Denielin baş rolda oynadığı “Qara geyimli qadın” mistik trilleri ekranlara çıxdı. Bir il sonra isə aktyor “Sevdiklərini öldür” adlı bioqrafik dram filmində çəkildi.
2013-cü ildə Redkliff “İnişmaan adasından olan əlil” pyesində iştirak etmək üçün teatra qayıtdı. Bu, İrlandiyanın müasir dramaturqu və rejissoru Martin Makdonaxın komediyasıdır. Əsər İrlandiyanın kiçik baxımsız adasındakı həyatdan bəhs edir. Denielin səhnəyə bu üçüncü çıxışı tənqidçilərdə müsbət rəy doğurdu. Onlar qeyd edirlər ki, aktyor Harri Potterin sayəsində əldə etdiyi vəziyyəti hesabına həyatdan zövq almaq və ya “asan” filmdə çəkilmək əvəzinə mürəkkəb rollardan yapışır. O, hətta romantik komediyalardan da çəkinmir. Beləliklə, avqust ayında Redkliffin baş rolda çəkildiyi belə bir filmin ekranlara çıxması gözlənilir. (AzərTAc)
Son xəbərlər
Son Xəbərlər