25 yaşlı gənci sel apardı - Foto

25-yasli-genci-sel-apardi
Oxunma sayı: 4730

Şəkidə 25 yaşlı gənci sel aparıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Kiş kəndində, Qurucana çayında qeydə alınıb. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Şamil Əhmədovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurubmuş.

Mübariz Muradov