25 yaşlı müəllimi maşın vurub öldürdü

25-yasli-muellimi-masin-vurub-oldurdu
Oxunma sayı: 7128

Şəmkirdə atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub. 

“Qafqazinfo” xəbər verir ki, yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən qadın orta məktəb müəllimi olub.

Yunis Quliyev