Bu gecə Binəqədi rayonu Binəqədi qəsəbəsi Xırdalan şossesində yerləşən fərdi evdə qətl hadisəsi baş verib.
Binəqədi rayon Prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, saat 2 radələrində 1994-cü il təvəllüdlü Həmidli Cavid Yusif oğlu sözügedən ünvanda yerləşən evin həyətindəki digər mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Allahverdiyev Şəhriyar Vahid oğlunu döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.
Məlumat əsasında polis və prokurorluq əməkdaşlarının, eləcə də kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır. Cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hadisəni törədən H. Cavid şübhəli şəxs qismində saxlanılıb və hazırda cinayət işi üzrə istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər