25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində öldü

25-yasli-oglan-tufengden-acilan-ates-neticesinde-oldu
Oxunma sayı: 1838

Ağdaşda 25 yaşlı oğlan ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Süleymanzadə Nicat Bahadur oğlu rayonun Yenicə kəndindəki mal-qara fermasında ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

N.Süleymanzadənin intihar etməsi və ya qəsdən öldürülməsi rayon Prokurorluğu tərəfindən araşdırılır.

Tural Hüseynli