Gəncədə 25 yaşlı oğlanı maşın vurub.
"Qafqazinfo"nun xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Roman Abdullayevi vurub. Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya aparılan zaman yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər