Şəmkirdə 25 yaşlı qadın dərmandan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasından Report-a verilən məlumata görə, şəhər sakini 25 yaşlı Xanımzər İsmayılova zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Qadının vəziyyəti orta ağırdır.
X.İsmayılovanın hansı dərmandan və hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.
Son xəbərlər
Son Xəbərlər