25 yaşlı qadın öldürüldü - Əri tutuldu

25-yasli-qadin-olduruldu
Oxunma sayı: 4149

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

Araşdırma aparılır.