Bəhreyn höküməti 250 şəxsin vətəndaşlığını ləğv edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin soyqırımların qarşısını almaq üzrə xüsusi müşaviri Adama Dinq məlumat verib. Bildirilir ki, 2014-cü ildən bu yana krallığın milli maraqlarını satmaqda ittiham edilən 250 nəfərin vətəndaşlığı ləğv edilib.
Adama Dinq krallıq hökumətinə çağırış edərək dinc etirazlara tam hörmət etməyi və bütün növ zorakılıqdan çəkinməyi tövsiyə edib.
Son xəbərlər
Son Xəbərlər