255 məhbus öldürülüb

255-mehbus-oldurulub
Oxunma sayı: 1063


“Qafqazinfo” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu haqda beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch təşkilatının açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, məhbusların öldürülməsi İraq Şam İslam Dövləti (İŞİD) hücumlarına qarşı edilib.   

Human Rights Watch öldürülənlərin hamısının sünni olduğunu, onları öldürən təhlükəsizlik qüvvələri əməkdaşlarının isə şiə olduqlarını bildirib.  

Təşkilat bildirib ki, bu ölümlər müharibə cinayətləri, ya da bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndiriləcək.   

İraq Şam İslam Dövləti (İŞİD) iyun ayında Mosul başda olmaqla İraqın bir hissəsini nəzarət altına alıb.