26 müəllimə təlim keçirilib - Foto

26-muellime-telim-kecirilib
Oxunma sayı: 1874

“TEAS Press” və Oksford Universiteti Müəllimlər Akademiyası azərbaycanlı müəllimlər üçün təlim keçib.

“Qafqazinfo” xəbər verir ki, bu günlərdə Oksford Universitetinin Müəllimlər Akademiyası Avropa Azərbaycan Məktəbində orta təhsil müəssisələrinin 26 nəfər ingilis-dili müəllimlərinə təlimlər keçib. Təlimin məqsədi, müəllimləri yeni metodologiyalarla tanış etmək, onların bilik və bacarıqlarını artırmaq olub.

Oksford Universiteti Müəllimlər Akademiyasının təlimçisi Bill Bouler tərəfindən keçirilən təlimlər 9 sessiyadan ibarət olub. 

Qeyd edək ki, “TEAS Press” Nəşriyyat Evi dünyada ən böyük universitet nəşriyyatı olan “Oxford University Press” (OUP) Nəşriyyatının ingilis dilinin tədrisi və digər nəşrlərin yayımı üzrə 2015-ci ilin may ayından etibarən Azərbaycanda rəsmi distribütoru təyin olunub.

“Oxford University Press” Nəşriyyatının materialları Azərbaycanda müəllim və tələbələrin, eləcə də müxtəlif sahələrdə çalışan və ingilis dilindən istifadə edən mütəxəssislərin bu dildə olan müasir ədəbiyyatla tanış olması, həmçinin onların ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır. "OUP" nəşriyyatı ingilis dilinin öyrənilməsi vasitəsilə müəllim və şagirdlərin dünya görüşünün genişlənməsinə imkan yaradır.