“Deməli, iki uşaq anası olandan sonra kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə arıqlamışam, üzümdə isə bir dənə belə qırış yoxdur”.
Bu sözləri Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əlizadə instaqram səhifəsində yazıb. Safura “Qafqazinfo”nun onun botoks etdirməsi və xarici görünüşündəki dəyişiklik barədə yazdığı xəbərə reaksiya verib. Keçmiş müğənni iddiaları təkzib edərək heç bir estetik prosedura əl atmadığını bildirib:
“İndi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks, nə iynələr? Hə, bəzi dəyişiklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. Özünüzdən belə xəbərlər uydurmağı dayandırın. Artıq gülməlidir. Hansısa məntiq olmalıdır. 26 yaşında nə üz dartılması?”



Son xəbərlər
Son Xəbərlər