26 yaşlı fəhlə laqonda ilə ayağını kəsdi - Qazaxda

26-yasli-fehle-laqonda-ile-ayagini-kesdi
Oxunma sayı: 744

Qazax rayonunda fəhlə ehtiyatsızlıqdan ayağını kəsib.

“Qafqazinfo”nun Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü, Əfəndiyev Turxan Maksim oğlu daş karxanasında işləyən zaman ehtiyatsız davranaraq laqonda ilə sağ ayaq baldırının ön səthini kəsib.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.