26 yaşlı gənc bıçaqlandı

26-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1049


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Şəki şəhəri, Heydər Əliyev küçəsi, ev 25-də yaşayan 26 yaşlı Əliyev Tərlan Kamil oğlu naməlum şəraitdə və adı hələ ki, bilinməyən şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Hazırda Şəki şəhər Polis şöbəsinin əməkdaşları cinayəti törədən şəxsi axtarır.