26 yaşlı gənc özünü asdı- - Masallıda

26-yasli-genc-ozunu-asdi-
Oxunma sayı: 1711


"Qafqazinfo" xəbər verir ki, Masallı rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, Çaxırlı kəndində anadan olan, Sarı Cəfərli kəndində yaşayan 1989-cu il təvəllüdlü Nəzər Behbudov özünü Ramazan bayramının ikinci günü asıb. 

Ailəsi onun asılmış meyitini iyulun 18 axşam saat 22-radələrində Çaxırlı kəndində yaşadığı evin həyətindəki yarımtikilidən aşkar ediblər. 

Prokurorluqdan onu da qeyd etdilər ki, özünü öldürən şəxsin ailəsi ilə heç bir problemi olmayıb. Lakin o əsəb xəstəliyindən əziyyət çəkirmiş və bu xəstəlikdən də bir müddət müalicə alıb. 

Faktla bağlı Masallı rayon Prokurorluğunda istintaq başlanıb, araşdırma davam etdirilir.