26 yaşlı gənc özünü bıçaqladı

26-yasli-genc-ozunu-bicaqladi
Oxunma sayı: 792

Samux rayon sakini özünü bıçaqlayaraq ağır xəsarət alıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Belə ki, rayonun Aşağı Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində əsəbləşərək qarın nahiyəsindən özünə bıçaq zərbəsi endirib. Yaralı dərhal yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, həkimlər tərəfindən əməliyyata alınıb. Həkimlər R. İmanovun vəziyyətini orta-ağır qiymətləndiriblər.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.