Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Gəncənin Hacıkənd qəsəbə sakini 1991-cı il təvəllüdlü Qurbanov Ruslan Qüdrət oğlu qarnının və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir.
R.Qurbanovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər