“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə ("Xəzər" sularda xilasetmə postundan, təxminən, 600 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1988-ci il təvəllüdlü Heydər Afiq oğlu Babayevin axtarışları başa çatıb.
H.Babayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər