26 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

26-yasli-kisini-elektrik-cereyani-vurub-oldurdu
Oxunma sayı: 3588

Qazaxda 26 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətlərində suvarma işləri aparan zaman nasosda yaranan elektrik axını onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev