26 yaşlı qadını soydular- - Bulvarda

26-yasli-qadini-soydular-
Oxunma sayı: 2282


“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, mayın 26-da axşam saatlarında Neftçilər prospekti 93 ünvanının qarşısında naməlum şəxs 1989-cu il təvəllüdlü Kərimova Lalə Beydulla qızına hücum edib. Həmin şəxs 26 yaşlı qadının əlindəki “İphone 6” markalı telefonu alaraq ərazidən uzaqlaşıb.

L.Kərimova ona hücum edən şəxsin 25-26 yaşlarında olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.