27 il satılmayan təyyarəni Misir aldı- - 5.2 milyard

27-il-satilmayan-teyyareni-misir-aldi-
Oxunma sayı: 2948


“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Fransa prezidenti François Holland 24 “Rafale” adlı hərbi təyyarələrini Misirə satılması barədə danışıqların aparıldığını bildirib. 

Bazarertəsi Fransanın müdafiə naziri Jean-Yves Le Drian Misirə səfər edəcək, satışla bağlı müqavilə imzalanacaq. Razılaşmaya əsasən 24 hərbi təyyarəyə 5.2 milyard avro ödəniləcək.

Qeyd edək ki, sözügedən firma “Rafale” adlı hərbi təyyarələrin istehsalına 1988-ci ildən başlamış, heç bir xarici ölkəyə sata bilməmişdi.