27 il sonra Ağdam məscidində ilk dua - Video

27-il-sonra-agdam-mescidinde-ilk-dua
Oxunma sayı: 5223

“Russia Today” telekanalı işğaldan azad olunmuş Ağdam şəhərinin Cümə Məscidindən reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, kanal əsgərlərin məscidin ətrafında təmizlik işləri aparmağını və məsciddə edilən ilk duanı lentə alıb. 

“Ağdam məscidində son 27 ildən sonra edilən ilk duanı lentə aldıq. Biz həm də Ermənistan və Azərbaycan tərəfləri arasındakı təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələriyik, bunun üçün rus sülhməramlılarına minnətdarıq. Ağdam şəhəri və bölgəsi rəsmən Azərbaycanın nəzarətinə qaytarılıb.

Bu, Azərbaycan üçün böyük hadisədir. Onlar bundan sonra məscidi bərpa edəcəklər”,- deyə kanal müxbiri reportaj zamanı qeyd edib.