27 il sonra “Məhəbbət olmayanda”... - Fotolar

27-il-sonra-mehebbet-olmayanda
Oxunma sayı: 4695

Müğənni Sevda Yahyayeva yeni fotosessiyasını təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu dəfə də fərqli obrazda kamera qarşısına keçib.

Sevda qeyd edib ki, şəkillər “Məhəbbət olmayanda” mahnısına görə çəkilib:

“İdeya müəllifi Elnur Həsənovdur. Fotosessiya yeni hazırladığım mahnı ilə bağlıdır. Tezliklə təqdim edəcəm. Cavanşir Quliyevin bəstəsi olan “Məhəbbət olmayanda” mahnısını yeni aranjimanda ifa etdim. Layihələr yenə də var. Mart-aprel aylarında bəstəkar Gövhər Həsənzadədən bir mahnı təqdim edəcəm. Hazırda Yaşar Baxış aranjiman edir. Güman ki, kliplə birgə tamaşaçıların ixtiyarına verəcəm”.

Fotoların müəllifi Eko Ağalarovdur.

Qeyd edək ki, “Məhəbbət olmayanda”nın musiqisi Cavanşir Quliyev, sözləri Mədinə Gülgünə məxsusdur. Bəstəni ilk dəfə Əməkdar artist Sənubər İsgəndərli ifa edib və qısa zamanda populyar olub.