27 ildən sonra Diana ilə bağlı ən böyük hərrac

27-ilden-sonra-diana-ile-bagli-en-boyuk-herrac
Oxunma sayı: 2384

Böyük Britaniyanın mərhum şahzadəsi Diananın paltarları ABŞ-də hərraca çıxarılacaq.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölümündən 27 il keçən şəhzadənin geyimləri üçün təşkil olunan bu mərasim 1997-ci ildən bəri baş tutan ən böyük hərrac olacaq.

Hərrac iyunun 27-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Belə ki, burada şahzadə Diana ilə yanaşı digər kral ailəsi üzvlərinə məxsus 150-dən çox əşya satışa çıxarılacaq.

Satılacaq ən diqqətçəkən əşyalardan biri də Şahzadə Diananın 1986-cı ildə “Phantom of the Opera” müziklinin qalasına geyindiyi paltardır. Onun 200 min ilə 400 min dollar arasında qiymətə satılacağı gözlənilir.

Məlumata görə, bu, Diananın 1997-ci ildəki öz hərracından sonra ən böyüyü kimi tarixə düşəcək. 

Daha əvvəl  görünməyən ayaqqabı, çanta və papaq kimi əşyalar da tarixi hərracın bir hissəsi olacaq.