27 yaşında özünü asdı

27-yasinda-ozunu-asdi
Oxunma sayı: 4405

Zərdabda 27 yaşlı oğlan intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun kəndlərinin birində qeydə alınıb.

Kənd sakini R.Əhmədov özünü hələ ki istintaqa məlum olmayan səbəbdən yaşadığı evin həyətində asıb.

Məlumata görə, mərhum bir müddət əvvəl törətdiyi cinayət əməlinə görə şərti məkum edilib. Məhkumluğu bitmədiyi üçün o, elektron qolbaq daşıyırmış. R.Əhmədov bu yaxınlarda aliment borcuna görə də inzibati qaydada həbsdə olub.

Faktla bağlı Zərdan Rayon Prokurorluğunda araşdırma aparılır.