27 yaşlı oğlanı maşın vurdu

27-yasli-oglani-masin-vurdu
Oxunma sayı: 1635

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində baş verib.

Belə ki, yolu keçmək istəyən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu "Opel" markalı minik avtomobili vurub.

Yaralı hadisə yerinə çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli