Oğuzda iki uşaq anası intihar edib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Qəribə Mikayılovanın intiharının səbəbi məlum deyil.
Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər