27 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlandı

27-yasli-qadin-kecmis-eri-terefinden-bicaqlandi
Oxunma sayı: 2433

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.