27 yaşlı qız özünü binadan atdı

27-yasli-qiz-ozunu-binadan-atdi
Oxunma sayı: 5282

Bakıda gənc qız intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 15-də saat 20:00 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb. 

İlkin araşdırmalar nəticəsində vəfat edən qadının həmin binada yaşayan, 1995-ci il təvəllüdlü Günay Şükürova olması müəyyən edilib.

İntihar faktı ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza