28 il öncə düşməndən xilas edilən bu bayraq Şuşanı gözləyir - Video

28-il-once-dusmenden-xilas-edilen-bu-bayraq-susani-gozleyir
Oxunma sayı: 3305

Türkiyənin “Haber Global” kanalı Şuşanın işğalı zamanı xilas edilən Azərbaycan bayrağı barədə süjet hazırlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təqdim olunan materialda bildirilib ki, 8 may 1992-ci ildə Şuşa işğal edilərkən orada dalğalanan bayraq bir əsgər tərəfindən götürülüb, düşmənə təslim edilməyib.

Hazırda sözügedən bayrağın Masallı sakini Əmrəli Yaqubovun evində saxlanıldığı və Şuşa işğaldan azad olunan kimi orada dalğalanacağı vurğulanıb.