Bu gün 28 Mall-da təlim məqsədli təxliyyə planı həyata keçirilib.
28 Mall-dan "Qafqazinfo"ya verilən məlumata görə, keçirilən təlimdə əsas məqsəd ticarət mərkəzində çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını bir daha xatırlatmaq olub.
Səhər saatlarında keçirilən təxliyyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını tərk etməli idi. Binanı tərk edənlərin toplaşma məntəqəsi isə binanın arxa hissəsi idi. 15 dəqiqə ərzində davam edən təxliyyə təlimində ticarət mərkəzi təhlükəsizlik xidməti əməkdaşları binada heç kimin qalmadığına əmin olduqda ərazini ən son tərk etdilər. Təlimin bitdiyi elan edildikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam edib.
Qeyd edək ki, təxliyyə təlimi il ərzində 2 dəfə həyat keçirilir. Təxliyyə təlimlərinin əsas məqsədi ticarət mərkəzi ərazisində çalışan işçi heyətinin baş verə biləcək fövqaladə tədbirlərə hazırlıqlı olmasıdır.
Bayram günləri ərzində isə 28 Mall gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək.
Son xəbərlər
Son Xəbərlər