28 Mall və Gəncə Mall avtomobil qazandırdı!

28-mall-ve-gence-mall-avtomobil-qazandirdi
Oxunma sayı: 3320

28 Mall və Gəncə Mall -da 25 sentyabr 2022-ci tarixindən etibarən start götürən stimullaşdırıcı lotereya kampaniyaları 25 yanvar 2023-cü il tarixində sona çatıb.

“28 Mall-da xərclə sənin də Haval-ın olsun!” və “Gəncə Mall-da Xərclə və Qazan!” kampaniyalarının qalibləri artıq ilk 3 tirajda oynanılan iPhone 13 Pro mobil telefonları, Porodo Lifestyle skuterləri və “Apple Airpods Pro” qulaqcıq hədiyyələrini əldə ediblər.

Bu kampaniyaların sonuncu tirajı isə 30 yanvar tarixində oynanılıb və qaliblər elan olunub. Hər iki Mall-da kampaniyaların əsas mükafatı olan son model Haval Hybrid H6 avtomobili və Hyundai Venue avtomobili təsadüfi seçim nəticəsində öz sahiblərini tapıb.  

Qeyd edək ki, Gəncə Mall və 28 Mall daima müxtəlif endirim və kampaniyalarla qonaqlarını sevindirməyə davam edir. Baş verən bütün xəbər və yeniliklərdən məlumatlı olmaq üçün aşağıda qeyd edilən sosial media hesablarını izləyə bilərsiniz.

28 Mall https://www.instagram.com/mall28_official/

Gəncə Mall https://www.instagram.com/gence__mall_official/