“28 Mall”a bomba qoyulduğunu deyən şəxs tutuldu

28-malla-bomba-qoyuldugunu-deyen-sexs-tutuldu
Oxunma sayı: 2552

Bakıda bir neçə gün öncə iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Murad Əhməd