“28 Mall”da adam öldü

28-mallda-adam-oldu
Oxunma sayı: 10153


Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərinin birində ölüm hadisəsi baş verib.

"Qafqazinfo" APA TV-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 8-də saat 13.30 radələrində qeydə alınıb.

Şahidlərin APA TV-yə verdiyi məlumata görə, “28 Mall” ticarət mərkəzində təxminən 50 yaşlı kişi qəfildən yıxılaraq dünyasını dəyişib.

Hazırda onun şəxsiyyətinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.