“28 Mall”dakı yanğın söndürüldü- - Video+Fotolar+Yenilənib

28-malldaki-yangin-sonduruldu-
Oxunma sayı: 4860


Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 7-8 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub. 

Ticarət  mərkəzinin yanğın baş verən mərtəbəsində olan şəxslər təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
 
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.  

***
 “28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.