İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə İcra Hakimiyyətinin işçiləri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edən İcra başçısı Alı Alıyev şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. O bildirib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Daha sonra çıxış edənlər də cəmi 23 il mövcud olmasına baxmayaraq, AXC-nin xalqımızın ictimai fikir tarixində, dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər