Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, İzmirin ən böyük salonlarından olan İsmət İnönü Sənət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın, Türkiyənin müstəqilliyi uğrunda şəhid olanların və mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və ardından hər iki ölkənin himni səsləndirilib.
Daha sonra Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban qonaqlara Respublika Gününün əhəmiyyəti, cümhuriyyətin yaranması, süqutu və 70 il sonra yenidən bayrağımızın yüksəldilməsi barədə danışaraq, hazırda üçrəngli bayrağımızın əmin əllərdə olduğunu vurğulayıb.
İzmir şəhər merinin nümayəndəsi Muzaffər Tunçağ, İstanbul Azərbaycan Mədəniyyət Evinin sədri Hikmət Alp, İzmir Vəkillər Kollegiyasının sədri Aydın Özcan, Xaricdəki Türklər və Əqrəba Cəmiyyətlər Komitəsinin İzmir şəhəri üzrə rəhbəri Fırat Yaldız da çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib və belə bir tədbirin təşkilinə görə Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin rəhbərliyinə təşəkkür ediblər.
Çıxışlardan sonra bayram tədbiri konsert proqramı ilə davam edib.
Son xəbərlər
Son Xəbərlər