“Qafqazinfo” xəbər verir ki, hadisənin şahidlərinin musavat.com-a verdikləri məlumata görə, huşunu itirərək yıxılan qızın vəziyyətinin pisləşməsi metrodakı havasızlıq şəraiti ucbatından baş verib.
Belə ki, Bakı metrosunun “28 May” stansiyasında sıxlıq olduğundan qızın halı pisləşib və o, huşunu itirib. Sərnişinlərin köməkliyi ilə halı pisləşən xanım metro stansiyasından bayira çıxarılıb.
Hadisə yerinə Bakı Metropoliteninin işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. Həkimlər tərəfindən gənc xanıma ilkin yardım göstərilib və o, xəstəxanaya aparılıb.