28 Mayı ilk dəfə “Müstəqillik Günü” kimi qeyd edəcəyik!

28-mayi-ilk-defe-musteqillik-gunu-kimi-qeyd-edeceyik
Oxunma sayı: 5168

Bu il ilk dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Məclisin ötən il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.