23-36 may tarixlərində Avropa İttifaqına (Aİ) üzv 28 ölkədə Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı məlumat açıqlanıb.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, sağ mərkəzli Avropa Xalq Partiyası (ENP) Avropa Parlamentində 179 yer qazanıb.
AP-da ikinci böyük yeri 150 səslə “Sosialistlər və Demokratların mütərəqqi alyansı” əldə edib.
“Avropa üçün liberallar və demokratların alyansı” 107 mandat əldə edə və millət vəkili sayına görə üçüncü fraksiyaya çevrilə bilər.
Dördüncü mövqedə “yaşıllar” 70 mandatla qərarlaşa bilər.
“Avropa mühafizəkarlar və islahatçılar” partiyasının isə 58 deputat yeri qazanmaq şansı var.
Qeyd edək ki, 28 ölkə üzrə Avropa Parlamentinə 751 deputat seçilib. Hər ölkədən deputatların sayı əhalinin sayına görə müəyyən edilib. Belə ki, ən çox deputat mandatı Almaniyada (96), ən az isə Kipr, Malta və Lüksemburqdadır. Bu ölkələrə cəmi 6 deputat yeri ayrılıb.
***
“Komsomolskaya pravda” xəbər verir ki, Böyük Britaniyada 373 seçki məntəqəsindən 353-də səslər artıq sayılıb. Naycel Farajın rəhbərlik etdiyi “Brexit” partiyası 31,6 faiz səslə liderdir.
İkinci yerdə 20,3 faiz səslə “Liberal demokratlar”, üçüncü yerdə isə14,1 faiz səslə müxalif Leyboristlər partiyası qərarlaşıb.
***
İtaliyada səslərin 100 faizi hesablanıb. Nəticələrə görə, Daxili işlər naziri Matteo Salvinin rəhbərlik etdiyi “Liqa” partiyası 34,3 faiz səslə qalib gəlib.
Bu ölkəni Avropa Parlamentində 73 deputat təmsil edəcək.
***
Almaniyada kansler Angela Merkelin “Xristian-demokratlar ittifaqı” və “Xristian-sosial ittifaqı” blokları 28,6 faiz səslə qalib gəlib.
***
Latviyada “Yeni birlik” partiyası 26,24 faiz səslə qələbə qazanıb.
Son xəbərlər
Son Xəbərlər