28 yaşlı gənc 25 yaşlı qayınını öldürdü- - Bakıda

28-yasli-genc-25-yasli-qayinini-oldurdu-
Oxunma sayı: 1734


“Qafqazinfo”nun APA-ya istinadən məlumatında görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Salmanov Vüqar Yasin oğlu və yeznəsi, 1987-ci il təvəllüdlü Əfqan Yusubov arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqan Yusubov qayınını bıçaqlayıb. 25 yaşlı Vüqar Salmanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Mübahisənin motivi və qətli törədənin saxlanılıb-saxlanılmadığı hələlik məlum deyil.