“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, qəzaların 41 faizi sürət həddinin aşılması, 49 faizi piyadaların vurulması, 27 faizi isə manevretmə qaydalarının pozulması nəticəsində baş verib. Qəzaların qarşısını almaq məqsədilə idarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı müxtəlif dərəcəli qayda pozuntuları aşkarlanıb. Cari ilin üç ayı ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 280 minə yaxın sürücü inzibati məsuliyyətə cəlb olunub. Üç ayda paytaxtda keçirilən reydlər zamanı dörd min sərxoş sürücü aşkarlanıb və cərimələnib.
Qəzaların bir qismi piyadaların yolun qadağan edilən hissələrindən keçməsi səbəbindən baş verir. Bu məqsədlə son üç ayda piyadaların təhlükəsizliyi təmin etmək məqsədilə də mütəmadi reydlər keçirilib.
Son xəbərlər
Son Xəbərlər